Ölkə 12:50 17.03.2023

Baş nazir ərzaq qiymətinin bahalaşması və inflyasiyanın səbəbini açıqladı

"Ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.

Baş nazir qeyd edib ki, inflaysiya son illərdə bütün dünyada ciddi problemə çevrilib. O cümlədən ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiya templərinin artması müşahdiə edilib:

"Bu proses ölkə daxilində də qiymətlərin ümumi səviyyəsinin artmasına təsir göstərib. 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz təşkil edib. Xüsusilə, ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. İdxal olunan məhsulların illik qiymət indeksinin artımı 22 fazidən çox olub. Azərbaycandakı inflyasiya əsasən idxal edilib".
 
Qafqaz Rafiqoğlu