İran regionda sərhədlərin dəyişməsinə və qeyri-sabitliyə imkan verməyəcək.
Qaynarinfo SE-yə istinadla xəbər verir ki, bunu İran Ordusunun Baş Qərargah rəisi, general Məhəmməd Baqiri "Müqəddəs müdafiə həftəsi” ilə əlaqədar keçirilən paradda çıxışı zamanı
deyib.
"İranın silahlı qüvvələri mehriban qonşuluq prinsiplərinə və beynəlxalq normalara hörmət edərək bəyan edir ki, onlar heç bir qeyri-sabitliyə və sərhədlərdə dəyişikliklərə yol verməyəcəklər. Biz Ermənistan və Azərbaycana problemlərini sülh yolu ilə həll etməyi məsləhət görürük", - Baqeri bildirib.
Yüksək rütbəli hərbi məmur qeyd edib ki, İran təhdidlərdən azad regionun inkişafında maraqlıdır. İran siyasətinə gəlincə, Tehran münaqişələr və müharibələr törətmir, lakin onlar başlayanda da susmur, - deyə o vurğulayıb. İranın hərbi gücü yalnız müdafiə üçün nəzərdə tutulub, - Baqiri əmin edib.
Alpər
Şərhlər