Xəbər lenti

Başı qapı dirəyinə dəyən xokkeyçi iflic oldu
İdman 19:03 02.12.2023

Başı qapı dirəyinə dəyən xokkeyçi iflic oldu

İsveç klubu HV71-də çıxış edən finlandiyalı xokkeyçi Sanni Hakala başını qapı dirəyinə vuraraq iflic olub.

Qaynarinfo-nun məlumatına görə, xokkeyçi noyabrın 24-də keçirilən matçda ciddi zədə aldıqdan sonra sosial media hesabından vəziyyəti ilə bağlı açıqlama verib. Əllərində və qollarında funksiya itkisi olduğunu bildirən 26 yaşlı idmançı "Ömrümün sonuna qədər əlil arabasında oturmalı ola bilərəm" - deyib.

Sanni Hakala 2018 və 2022 Qış Olimpiya Oyunlarında Finlandiyanın qadınlardan ibarət millisinin heyətində bürünc medal qazanıb.

Oktyabrda İngiltərənin peşəkar xokkey klubu "Nottingham Panthers"də çıxış edən Adam Conson matç zamanı rəqibin konki boynuna dəyməsi nəticəsində dünyasını dəyişmişdi.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->