Danimarkada yerləşən ukraynalı uşaqlara məktəblərdə ingilis dili ilə bərabər, ukrayn dili də öyrədiləcək.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Danimarka parlamentinin qərarında
deyilir.
Qərar Danimarka parlamentində 93% səslə dəstəklənib.
Aprel ayının 20-dən bu yana Danimarkada 2388-i 18 yaş aşağı uşaq olmaqla, ümumilikdə 5856 ukraynalıya oturum icazəsi verilib.
Hökumət bildirir ki, qəbul edilən qərarın məqsədi Ukraynadan olan uşaq və gənclərin öz dillərinə, mədəniyyət və kimliklərinə bağlılıqlarını itirmədən Danimarka cəmiyyətinə inteqrasiyası üçün mümkün ən yaxşı çərçivəni təqdim etməkdən ibarətdir.
"Biz indi ukraynalı uşaq və gənclərin burada Danimarkada mümkün qədər yaxşı həyatları olması üçün bələdiyyələrə fövqəladə azadlıq veririk”, - uşaqlar və təhsil naziri Pernil Rozenkrants deyib.
Bununla belə, ukraynalı uşaqların danimarkalı uşaqlardan təcrid olunmaması və normal həyata başlaması üçün tezliklə standart siniflərə qoşulmalı olacaqları bildirilir.
İndi orta məktəblərə xarici – Ukryana və İngilis dili dərs materiallarından istifadə etmək icazəsi verilib.
Bu qərarla həmçinin Ukraynadan Danimarkaya gələn təhsil işçiləri və müəllimlər üçün də iş imkanları yaranmış olur.
Nurlan Hüseynov
Şərhlər