Xəbər lenti

Ekonomiks 14:26 01.03.2024

Benzinin aksiz dərəcəsi niyə dəyişdi: Ucuzlaşma, yoxsa bahalaşma...? - Deputatdan açıqlama

"Nazirlər Kabineti tərəfindən A-95-dən az oktan ədədi olan benzinlər üçün aksiz dərəcələrinin azaldılması və gömrük rüsumunun ləvği həyata keçirilib. Ehtimal olunur ki, burada məqsəd A-92 markalı benzini istehsal edən zavodda həyata keçirilən yenidənqurma işləri ilə bağlıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında deputat Vüqar Bayramov 95-dən az oktan ədədi olan benzin üçün aksiz dərəcələrinin azaldılması ilə bağlı qərarı şərh edərkən deyib.

Deputatın fikirincə, A-92 markalı benzin üçün idxalda həm rüsumun ləvğ edilməsi, həm də gömrük-aksiz dərəcələrinin azaldılması onların xərcinin azalmasına gətirib çıxardacaq:

"Burada tələbin ödənilməsi və hər hansı bir çətinliklərin yaranmama ehtimalını araşdırmaq çox vacibdir. Çünki yenidənqurma işləri ilə bağlı olaraq yerli istehsalın azalması gözləniləndir. Belə olan halda vacibdir ki, idxal hesabına bunun qarşılanması və tələbin ödənilməsi həyata keçirilib. Məqsəd idxal xərcinin azaldılması, A-92 markalı benzin üçün qiymətin qorunub saxlanılması, digər tərəfdən isə tələbin ödənilməsində çətinliklərin yaranmamasıdır".
 


Vüqar Bayramov əlavə edib ki, nəticə etibarı ilə bu tələbin ödənilməsində müəyyən çətinliklər yarada bilərdi:

"Belə bir güzəştlər olmasaydı, o zaman sahibkarlar üçün A-92 markal benzinin idxalında maraq cəlbedici olmazdı".

Vüqar Bayramov bunun Rusiyanın tətbiq etdiyi qadağalarla bir başa bağlılığının olmadığını vurğulayıb:

"Çünki Rusiya oktanı A-95-dən çox olan benzinlər üçün qadağanı tətbiq edib. Amma Azərbaycan Nazirlər Kabinetinin tətbiq etdiyi güzəştlər daha çox A-92 və dizel yanacağına aiddir. Ona görə də bu Rusiyanın tətbiq etdiyi qadağalarla birbaşa bağlı deyil. Çünki Rusiya ixracatda qadağanı A-95 və A-98 markalı benzinlərinə tətbiq edib. Azərbaycanda isə güzəştlər A-92 markalı nezinə və dizel yanacağına tətbiq olunacaq".
 
Qeyd edək ki, Baş nazir Əli Əsədov benzinlə bağlı qərar verib. Qərara əsasən, 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->