Böyük Britaniya İŞİD-in İraqdakı yezidilərə qarşı törətdiyi cinayətləri soyqırım kimi tanıyıb.
Qaynarinfo bu barədə Britaniya hökumətinin saytında dərc edilmiş bəyanata istinadən xəbər verir.
"Bu gün biz yezidi xalqına qarşı soyqırım törədildiyini etiraf edərək tarixi addım atdıq", deyə Böyük Britaniyanın xarici işlər nazirinin müavini Tariq Əhməd bildirib.
Bu ilin yanvarında Almaniya parlamenti yezidilərə qarşı cinayətlərin soyqırım kimi tanınmasına səs verib.
Yezidilər əsasən İraqın şimalında, İraq Kürdüstanında yaşayan kürd etno-konfessiya qrupudur. 2014-cü ildə yezidilər kompakt yaşadığı Sincar əyalətini ələ keçirən İŞİD qırğınlar törədib. Çox sayda yezidi qadın əsir götürülüb, oğlan uşaqları İŞİD sıralarına cəlb edilib. Bəzi məlumatlara görə, silahlılar 10 minə qədər yezidi öldürüb.
Bundan əvvəl BMT-nin soyqırım, insanlıq əleyhinə cinayətlər və İŞİD tərəfindən İraqda törədilən hərbi cinayətləri araşdıran istintaq qrupu yezidilərə qarşı cinayətlərin soyqırım olduğuna dair dəlillər tapdığını bildirib.
Aydın
Şərhlər