Dünya 21:17 27.07.2022

Boris Conson NATO-nun növbəti baş katibi ola bilər

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2023-cü ildə NATO-nun baş katibi postu uğrunda mübarizə apara bilər. 

Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu barədə Britaniya mətbuatı krallıq parlamentinin müdafiə komitəsinin üzvlərinə istinadən məlumat yayıb.

Consondan əvvəl Böyük Britaniyanın hazırkı müdafiə naziri Ben Uolles, keçmiş baş nazirlər Tereza Mey və Devid Kemeron NATO-nun baş katibi postuna namizədlər hesab edilirdi.

Consonun "aktiv”ində o var ki, guya o, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciət etmək qərarına təsir edib.

Mühafizəkar deputat Riçard Draksın dediyi kimi, əgər Conson həqiqətən də bu posta namizədliyini irəli sürəcəksə, onu dəstəkləyəcək. "Hər hansı bir görkəmli britaniyalı əla seçim olardı", - deyə Draks vurğulayır.

Eyni zamanda, torilərin keçmiş liderinin NATO-nun rəhbəri postuna namizədliyinin təkcə şübhəli reputasiyasına görə deyil, həm də siyasi səbəblərə görə etirazla qarşılanacağı gözlənilir. Xüsusən də Fransa prezidenti Emmanuel Makron onun namizədliyini əngəlləyə bilər.

Conson hələlik Britaniya hökumətinin başçısı vəzifəsini davam etdirir, NATO-nun baş katibi postunu isə Norveçin keçmiş baş naziri Yens Stoltenber tutur.
 
Alpər