Maqazin 23:28 31.07.2020

"Breaking Bad" 21-ci əsrin ən yaxşı serialı seçildi

Tamaşaçı anket sorğusuna görə baş rollarını Brayan Krenston və Eyron Paulun paylaşdığı "Breaking Bad" serialı son 20 ilin ən yaxşı serialı seçilib.

Qaynarinfo xəbər verir ki, sorğunu Böyük Britaniyanın "Lad Bible" internet yayım şirkəti aparıb. Serial ümumilikdə 11 min 429 səs yığaraq ümümi səslərin 50,8 faizini toplayıb. Beləliklə, dünyada milyonlarla izləyicisi olan "Game Of Thrones" serialını da geridə qoyub. "Game Of Thrones" isə səslərin 49,2 faizini yığıb.

50 yaşlı kimya müəlliminin həyatından bəhs edən serialın baş rol ifaçısı Brayan Krenston 16 Emmy, 8 Satellitte, 2 Qızıl Qlobus, 2 Peabody mükafatı olmaqla çoxsaylı mükafat qazanıb. Emmy mükafatlarında 4 dəfə dram naminasiyasında ən yaxşı aktyor adına layiq görülüb.

2013-cü ildə serial bütün dövrlərin ən yüksək reytinqini almış serial ünvanı ilə Ginnesin Rekordlar Kitabına düşüb.

2019-cu ildə isə "Breaking Bad"in davamı kimi "El Camino" adlı filmi yayımlanıb.

Camal