"Liverpul" klubunun sabiq futbolçusu Stiven Cerrardın 21 yaşlı qızı Lilli-Ella irlandiyalı cinayətkarın oğlu Li Birndən qız övladı dünyaya gətirib.
Qaynarinfo xəbər verir ki, bu barədə LBC məlumat yayıb.
Lilli-Ella sosial şəbəkələrdə paylaşdığı yazıda bildirib: "İkimiz idik, indi üç nəfərik".
Stiven Cerrard da qızına bu sözlərlə cavab verib: "Səbrsizlənirik – əla xəbərdir, təbrik edirik, səni sevirik".
Yeni doğulan uşağın atası olan Li Birn dublinli cinayətkar Liyam Birnin oğludur. Liyam Birn qanunsuz silah saxladığına görə beş il müddətinə azadlıqdan məhrum edilib və hazırda Londonun Belmarş həbsxanasında cəzasını çəkir. O, İrlandiyanın nüfuzlu cinayətkar ailəsi ilə əlaqələndirilir. Li Birnin babası isə silahlı qarət və dələduzluq ittihamı ilə məhkum olunmuşdu.
Qeyd olunur ki, Li Birnin özü barəsində hər hansı qanunsuz hərəkət qeydə alınmayıb. O, Lilli-Ella ilə 2022-ci ildən münasibətdədir.
Xatırladaq ki, Stiven Cerrard 2021-ci ildə İngiltərə Premyer Liqasının "Şöhrət zalı"na daxil edilmişdi. "Liverpul” akademiyasının yetirməsi olan Cerrard 1998–2015-ci illərdə bu komandanın heyətində 504 oyun keçirib və 104 qola imza atıb.
Aydın
Şərhlər