Foto 13:53 06.06.2020

Britaniyadakı səfirimiz xanımının adına şirkət təsis edib (FOTOLAR)

Azərbaycanın 2014-cü ildən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqaladə və səlahiyyətli səfiri olan Tahir Tağızadə iki il əvvəl Londonda xanımı Ülviyyə Tağızadənin adına ULVI PR&EVENTS LTD şirkətini təsis edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun sözlərinə görə, 2018-ci il iyunun 5-də qeydiyyatdan keçirilmiş şirkətin adı bir ay sonra dəyişdirilərək UX PR & EVENTS LTD adlandırılıb. Şirkətin hüquqi ünvanı öncə Tağızadələrin London, Porchester Terrace 53-də kirayə etdikləri 9 otaqlı evdə, daha sonra Fulham Road 352-də yerləşib.

Cavanşir Həsənli həmçinin qeyd edir ki, Ülviyyə Tağızadə İngiltərədə ictimai fəaliyyətlə məşğuldur və Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəridir, vaxtaşırı xarici şirkətlərin maliyyə dəstəyilə layihələr həyata keçirir.