Bu cihaz vasitəsilə telefonunuz sizə toxuna biləcək (VİDEO)
Fransada tədqiqatçılar "MobiLimb" adlı telefon və planşet əlavəsi hazırlayıb.
Qaynarinfo Engadget-ə istinadən xəbər verir ki, bütün "smart phone"lara asanlıqla qoşula bilən "robot barmaq" bir çox funksiyaları yerinə yetirir. İnsana toxunaraq vahiməyə salan "Robot barmaq" cihazı hərəkət etdirə, müxtəlif əlverişli vəziyyətlərdə saxlaya bilir. "MobiLimb" bildiriş gələndə silkələnərək xəbər verir. "Smartphone" əlavəsi interaktiv və statik olmaqla dəyişəbilən 2 başlığa sahibdir. Həmçinin "MobiLimb"i insan barmağı, pişik quyruğu kimi müxtəlif qəliblərə salaraq fərqli görünüş verə bilərsiniz.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər