XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bu gecə bank kartları işləməyəcək
Ölkə17:32 15.10.2024

Bu gecə bank kartları işləməyəcək

Bu gecə 01:00-dan 07:00-a qədər "Azericard” prosessinq mərkəzində təkmilləşdirmə işləri aparılacaq. 

Qaynarinfo "Operativ Media”ya istinadən xəbər verir ki, qeyd edilən müddət ərzində 15-ə yaxın bankın kartında əməliyyatlar zamanı məhdudiyyətlər yarana bilər. 

Qeyd edək ki, "Azericard”ın tərəfdaşları siyahısına ABB, Pasha Bank, Xalq Bank, Bank Respublika, Yelo Bank, Rabitə Bank və başqa banklar daxildir.