Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura start veriləcək.
Qaynarinfo-nun məlumatına görə, turun ilk oyun günündə bir matç keçiriləcək. "Qarabağ" Masazırda "Sabah"ın qonağı olacaq. "Bank Respublika Arena”da gerçəkləşəcək qarşılaşma saat 20:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası, 14-cü tur
20:00. "Sabah” – "Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev.
VAR hakimləri: Rəşad Əhmədov, Eyyub İbrahimov
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
"Bank Respublika Arena”
"Zirə" - 27, "Qarabağ" - 26, "Sumqayıt" - 21, "Səbail" - 21, "Araz-Naxçıvan" - 20, "Neftçi" - 18, "Sabah" - 16, "Turan Tovuz" - 15, "Kəpəz" - 9, "Qəbələ" - 8
Səbuhi Həsənov
Şərhlər