Foto 15:36 27.10.2019

Bu qız dünya gözəli seçildi (FOTO/VİDEO)

Filippinin paytaxtı Manilada keçirilən "Miss Yer Kürəsi-2019” müsabiqəsinin qalibi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, 85 qızın iştirak etdiyi yarışmanın qalibi Puerto-Riko təmsilçisi, 21 yaşlı Nellis Pimentel olub. 

Münsiflər heyəti "Miss Hava-2019” tituluna amerikalı Emani Devisi, "Miss Su-2019”a çexiyalı Klara Vavruşkovanı, "Miss Od-2019”a isə Belarus vətəndaşı Alisa Manenoku layiq görüb. 

Qeyd edək ki, BMT-nin təşkilatçılığı ilə hər il keçirilən müsabiqə ətraf mühitin problemlərinə diqqətin cəlb edilməsi məqsədi güdür.