Xəbər lenti

Ölkə 19:00 05.10.2023

“Bu qurumlar Səhiyyə Nazirliyinə birləşməlidir”- Təklif

"Tibb sahəsinə Səhiyyə Nazirliyi nəzarət etməlidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Səhiyyə və Sığorta Nazirliyinin yaranması ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.

Professor hesab edir ki, əslində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə TƏBİB birləşməlidir: 

"Hər ikisi icraedici orqandır, çünki bir-birinin fəaliyyətinə mane olurlar. Ona görə əvvəlki sistemə keçirilməlidir. Səhiyyə Nazirliyi olmalıdır. Nazirlik həm də İcbari Tibbi Sığorta ilə bağlı işlərə nəzarət etməlidir. Onun maliyyə tərəfinə hansısa bir qurum nəzarət edə bilər. Tibbi sahəyə Səhiyyə Nazirliyinin baxması birbaşa genofondla bağlı məsələdir. Pandemiya dövründə şahid olduq ki, bu iki qurumun ayrı olması xeyli problemlər yaradır. Hesab edirəm ki, onların birləşmə zamanıdır”. 

Adil Qeybulla adlçəkilən qurumların bir nazirlikdə birləşməsini məqsədəuyğun hesab edir: 

"Onun da adı yaxşı olar ki, Səhiyyə Nazirliyi olaraq qalsın”. 

Qeyd edək ki, mətbuatda Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və bu qurumun nəzdində fəaliyyət göstərən TƏBİB vahid ad altında birləşməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda bu qurumların Səhiyyə və Sığorta Nazirliyinə çevrilməsi bildirilir. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->