Xəbər lenti

Çempionlar Liqası:
phrase_var_qaynar. 22:00 21.07.2026

Çempionlar Liqası: "Sabah" Finlandiya çempionuna qalib gəldi (YENİLƏNİR)

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Sabah" "KuPS"a (Finlandiya) qalib gəlib.

Qaynarinfo xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" 1:0 hesablı qələbəyə seviniblər. Qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.

Qeyd edək ki, tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək. Cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.

Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun 

21 iyul
Sabah (Azərbaycan) - KuPS (Finlandiya) 1:0
Qol: Velko Simiç, 45+1.
Sabah: 92. Stas Pokatilov (k), 3. Stiv Solvet, 27. Timoteuş Puhaç, 5. Rəhman Daşdəmirov, 80. Akim Zedadka, 13. İvan Lepiniça, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 19.  11. Kahim Parris, 20. Coy Lens Mikels, 21. Velko Simiç.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Aden Makkarti, 6. Abdulla Xaibulayev, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 23. Yunes Laçab, 33. Erivaldo Almeyda, 34. Xander Severina, 88. Rodriqo Fernandeş, 19. Aaron Maludo, 99. Orpe Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.
KuPS: 1. Yohannes Kraydl, 4. Kasim Nuhu, 25. Klinton Antvi, 28. Brahim Maqassa, 29. Akseli Puukko, 8. Petteri Pennanen, 10. Valentin Qask, 9. Qustavo Enqvall, 16. Tommi Yuryu, 24. Bob Arma, 20. Pyotr Pajişek.
Ehtiyat oyunçular: 12. Hemmo Rihimaki, 6. Kasperi Silen, 3. Sako Hayskanen, 6. Sako Savolaynen, 11. Ceymi Moreno, 13. Nilo Kujasalo, 17. Arrte Haynonen, 21. Joslin Luyeye-Lutumba, 22. Sayko Touray, 23. Arttu Lötjönen, 30. Jorginyo, 33. Tanelli Hamalaynen.
Baş məşqçi: Miika Nuutinen.
Hakimlər: Lukaş Kujma, Yakub Vinkler, Pyotr Podbyelski, Marçin Şerboviç (Polşa).
VAR: Pavel Maleç (Polşa).
AVAR: Pavel Pskit (Polşa).
Masazır stadionu.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->