Xəbər lenti

İdman 23:39 20.07.2026

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi Bolqarıstan çempionatına heç-heçə ilə başladı

"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi ÇSKA (Sofiya) Bolqarıstan çempionatında 2026/2027 mövsümünə heç-heçə ilə start verib.

"Report" xəbər verir ki, səfərdə "Slaviya" (Sofiya) kollektivi ilə qarşılaşan ÇSKA rəqibi ilə qolsuz (0:0) bərabərə qalıb.

Görüş Aleksandr Şalamanov adına stadionda keçirilib.

Qeyd edək ki, "Qarabağ" və ÇSKA komandaları arasındakı ilk oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->