Xəbər lenti

Musa Qurbanlının son vəziyyəti nə yerdədir?
İdman 09:56 21.07.2026

Musa Qurbanlının son vəziyyəti nə yerdədir?

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Sofiya ÇSKA-sı ilə üz-üzə gələcək "Qarabağ"ın zədəli hücumçusu Musa Qurbanlının son vəziyyətinə aydınlıq gəlib.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, 24 yaşlı forvard 2 gün öncə fərdi çalışmalara başlayıb.

Onun yaxın vaxtlarda kollektiv məşqlərə qoşulacağı gözlənilir.

"Qarabağ" və ÇSKA arasındakı ilk oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab görüşü isə 1 həftə sonra Sofiyada reallaşacaq.

Ağdam təmsilçisi AL-in 1-ci təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını hər iki dueldə 3 cavabsız qolla yenərək mübarizədən kənarlaşdırıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->