Xəbər lenti

Çempionlar Liqası:
İdman 09:39 14.07.2026

Çempionlar Liqası: "Sabah" Uelsdə meydana çıxır

Bu gün Azərbaycan təmsilçisi "Sabah" UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-lə (Uels) cavab oyununa çıxacaq.

Qaynarinfo xəbər verir ki, İngiltərədəki "Park Hall Stadium"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Bu komandaların bir həftə əvvəl Bakıda oynanılan görüşündə "Sabah" 2:0 hesablı qələbə qazanmışdı.

"Sabah" - TNS cütünün qalibi ÇL-in 2-ci təsnifat mərhələsində "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan tərəf isə yoluna Konfrans Liasının 2-ci təsnifat mərhələsində davam edəcək və "Flora” (Estoniya) – "İberia 1999” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Cavab oyunu

14 iyul
21.00 TNS (Uels) - Sabah (Azərbaycan)
Hakimlər: Mateu Buskets Ferrer, İniqo Prieto, Qonzalo Qarsiya, Migel Anhel Ortiz (İspaniya).
Osvestri. "Park Hall".

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->