Xəbər lenti

DÇ-2026: Bu gün ilk finalçı müəyyənləşəcək
İdman10:10 14.07.2026

DÇ-2026: Bu gün ilk finalçı müəyyənləşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin ilk oyunu bu gün keçiriləcək.
Qaynarinfo-nun məlumatına görə, raundun ilk matçında Fransa və İspaniya milliləri münasibətlərə aydınlıq gətirəcəklər.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cütün qalibi finalda İngiltərə - Argentina duelinin güclüsü ilə üz-üzə gələcək.
Xatırladaq ki, DÇ-2026-nın final oyunu iyulun 19-da keçiriləcək.
DÇ-2026
Yarımfinal
14 iyul
23.00 Fransa - İspaniya
Baş hakim: İvan Barton (Salvador).
Dallas stadionu.