Maqazin 18:37 02.07.2022

Cerri Holl 91 yaşlı media maqnatı Rupert Merdokdan boşanır

65 yaşlı model və aktrisa Cerri Hall 6 illik evlilikdən sonra 1 iyul cümə günü 91 yaşli media maqnatı Rupert Merdokla boşanmaq üçün  məhkəməyə müraciət edib.

Qaynarinfo bu barədə "Dailymail"ə istinadən xəbər verir.

Hall Kaliforniya Ali Məhkəməsinə "həll olunmayan mübahisələri" əsas gətirərək iddiasını təqdim edib.

O, vəsatətində həyat yoldaşının da dəstəyini istəyib və ondan vəkillik haqqını ödəməsini istəyib.

M.Arif