ABŞ Milli Kəşfiyyatı Direktorunun Ofisi (ODNI) kəşfiyyat cəmiyyətinin
koronavirusun mənşəyi ilə bağlı məxfilikdən çıxardığı nəticələri açıqlayıb.
Ölkənin kəşfiyyat orqanlarının əksəriyyəti virusun bioloji silah kimi
hazırlanmadığına və "ehtimal ki, gen mühəndisliyi ilə
hazırlanmadığına" inanır. Bununla belə, iki departament hesab edir ki, belə
bir qiymətləndirmə üçün "kifayət qədər məlumat yoxdur", - sənəddə
deyilir.
Qaynarinfo xəbər verir ki, kəşfiyyat məlumatlarına görə, Çin hakimiyyəti
Vuhanda koronavirus epidemiyası baş verənə qədər SARS-CoV-2-nin varlığından xəbərsiz
olub.
Hesabatın müəllifləri koronavirusun mənşəyi ilə bağlı birmənalı nəticəyə
gələ bilməyiblər. Əsas olan iki versiya hesab olunur: virusun heyvandan insana
təbii ötürülməsi və ya "laboratoriya ilə bağlı insident”.
Müəlliflər vurğulayırlar ki, koronavirusun mənşəyini qəti şəkildə müəyyən
etmək üçün Çinin əməkdaşlığı lazımdır. Bununla belə, sənədə görə, Pekin "qlobal
təhqiqata mane olmaqda davam edir”, məlumat mübadiləsini dəstəkləmir və "ABŞ
daxil olmaqla, başqa ölkələri günahlandırır”.
Oxşar nəticələr ABŞ milli kəşfiyyatının avqustun sonunda məxfiliyi ləğv
edilmiş hesabatında da yer alıb. Koronavirusun Çin tərəfindən bioloji silah
kimi hazırlanmadığı və Çin rəsmilərinin SARS-CoV-2-nin ilk epidemiyaları ortaya
çıxana qədər virus haqqında heç bir məlumatının olmadığı bildirilib.
Alpər
Şərhlər