Xəbər lenti

Dağıstandakı terror aktlarında ölənlərin sayı artdı (YENİLƏNİB)
Dünya 23:22 23.06.2024

Dağıstandakı terror aktlarında ölənlərin sayı artdı (YENİLƏNİB)

Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində ölənlərin sayı artıb.

"Report” xəbər verir ki, bu barədə Dağıstan müftiliyi məlumat yayıb.

Qeyd olunub ki, terror aktları nəticəsində 9 nəfər həlak olub, onlardan yeddisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Silahlı hücumlarda 25 nəfər xəsarət alıb.
 
 21:37

Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları nəticəsində 23 nəfər xəsarət alıb.

"Report” xəbər verir ki, bu barədə "112” teleqram kanalı mənbəyə istinadən yazıb.

Vurğulanıb ki, hazırda 5 nəfərin öldüyü məlumdur.

Qeyd edək ki, bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->