Xəbər lenti

“Google Translate”ə 110 yeni dil əlavə ediləcək
Texnologiya 20:21 27.06.2024

“Google Translate”ə 110 yeni dil əlavə ediləcək

"Google” texnologiya korporasiyası "Google Translate”ə 110 yeni dil əlavə edəcək.


Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilib.


Qeyd olunub ki, dillərin sayını artırmaq üçün süni intellekt texnologiyasından istifadə ediləcək.


Əlavə olunacaq dillər arasında avar, başqırd, buryat, çeçen, çuvaş, osetin, udmurt, çukça, tuvan, yakut, krım-tatar, tibet və s. var.


Məlumatda o da qeyd olunub ki, ümumilikdə bu dillərdə 614 milyon insan və ya dünya əhalisinin 8%-i danışır.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->