Xəbər lenti

İtkin düşmüş it 2 ildən sonra evdən 1600 km aralıda tapıldı
Dünya 21:17 27.06.2024

İtkin düşmüş it 2 ildən sonra evdən 1600 km aralıda tapıldı

ABŞ-da iki il sonra sahibləri itkin itlərini evdən 1600 km aralıda tapıb.

Qaynarinfo xəbər verir ki, buy barədə UPI.com məlumat yayıb.

Toni Dunkan adlı şəxs bildirib ki, iti "Luna" təxminən iki il əvvəl vəhşi heyvanı meşəyə qovduqdan sonra itib. O, ev heyvanının öz-özünə qayıdacağını düşünsə də, bu baş verməyib. İlkin axtarışlar heç bir nəticə verməyib və amerikalı heyvanı bir daha görməyəcəyinə qərar verib.

Lakin keçən həftə Toniyə zəng edərək "Luna"nın tapldığını bildiriblər. Məlum olub ki, bu müddət ərzində it 1600 km məsafə qət edib və ölkənin başqa yerində olub. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->