Xəbər lenti

Bu ölkədə nazir prezidentə qarşı qara magiyadan istifadədə ittiham edilir - Həbs olundu
Dünya 17:50 27.06.2024

Bu ölkədə nazir prezidentə qarşı qara magiyadan istifadədə ittiham edilir - Həbs olundu

Maldiv adalarında polis ətraf mühit naziri Fatimat Şamnaz Əli Salemi prezidentə qarşı qara magiyadan istifadə etməkdə şübhəli bilinərək həbs edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Stait Times” respublika polisinə istinadən yazıb.

Nəşrin məlumatına görə, ətraf mühit, iqlim dəyişikliyi və energetika naziri cinayət ortaqları ilə birlikdə iyunun 23-də paytaxt Maledə nəzarətə götürülüb. Həbsin təfərrüatları açıqlanmır.

Rəsmi strukturlar həbslə bağlı məlumatı nə təsdiq, nə də təkzib ediblər.

Media ada dövlətində cadugərliyə görə cinayət cəzasının olmadığını vurğulayıb. Üstəlik, İslamda belə əməllər böyük günahlardan sayılır. Maldiv adalarının əksər sakinləri özlərini müsəlman hesab edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->