Xəbər lenti

Qazaxıstan Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı referendum keçirəcək
Dünya 17:06 27.06.2024

Qazaxıstan Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı referendum keçirəcək

Qazaxıstan bu ilin payızında ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı referendum keçirəcək.

Qaynarinfo "The Moscow Times”a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Kasım-Comart Tokayev bildirib

Beş Mərkəzi Asiya ölkəsinin heç birində atom elektrik stansiyaları yoxdur. İki uran hasil edən ölkə olan Özbəkistan və Qazaxıstan uzun müddətdir ki, artan iqtisadiyyatlarının nüvə enerjisinə ehtiyacı olduğunu deyirlər. May ayında Rusiya və Özbəkistan Özbəkistanda Rusiya istehsalı olan təzyiqli su reaktoru əsasında hər biri 55 meqavatlıq 6 azgüclü enerji blokundan ibarət atom elektrik stansiyasının tikintisinə dair saziş imzalayıblar. Qazaxıstan layihəsi yalnız ümumxalq səsverməsindən sonra həyata keçirilə bilər. 

Tokayev referendumun dəqiq tarixini açıqlamayıb.

"Bu məsələ ilə bağlı son qərarı xalq verəcək. Referendum bu ilin payızında keçiriləcək”, - Qazaxstan prezidenti bildirib.

Qazaxıstanın özünün atom elektrik stansiyaları yoxdur və nüvə dövrü məhsullarını istehlak etmir, lakin onun yataqlarındakı uran ehtiyatları dünya üzrə ümumi ehtiyatların təxminən 15%-ni təşkil edir və yalnız Avstraliyadan geri qalır. 

Ötən ilin payızında Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ekspertləri ölkənin cənubundakı Ülkən kəndində yerləşən AES-in tikintisi üçün səlahiyyətli orqanlar tərəfindən seçilmiş ərazini münasib hesab ediblər. 

Hakimiyyət bir neçə mümkün nüvə texnologiyası təchizatçısını - Çinin CNNC, Cənubi Koreyanın KHNP, Rosatom və Fransanın EDF şirkətlərini nəzərdən keçirir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->