Xəbər lenti

Millinin müdafiəçisi göz yaşları içində Ukrayna hərbçilərdən üzr istədi (VİDEO)
Dünya 18:59 27.06.2024

Millinin müdafiəçisi göz yaşları içində Ukrayna hərbçilərdən üzr istədi (VİDEO)

Ukrayna millisinin müdafiəçisi Aleksandr Tımçik Avro-2024-ün üçüncü turunda Belçika ilə heç-heçə (0:0) və turnirdən vidalaşdıqdan sonra təsirli müsahibə verib.

Qaynarinfo xəbər verir ki, Tımçik göz yaşlarını saxlaya bilməyib və Rusiya ilə müharibədə ölkəni müdafiə edən Ukrayna hərbçilərindən üzr istəyib. 

"Ukraynalı olduğum üçün fəxr edirəm. Belə oyunlara görə Ukraynaya qayıtmaqdan utanmırıq.

Ölkəmizi qoruyan və bu səviyyədə oynamaq imkanı verən azarkeşlərimizə, ilk növbədə hərbçilərimizə təşəkkür etmək istəyirəm. Onlara görə Ukrayna çempionatı davam edir. Bizə futbol oynamaq və layiqli nəticələr göstərmək üçün şərait yaradırlar. 

Çıxmadığımız üçün onlardan üzr istəyirəm. Çalışdıq, amma bu futboldur”, - Tımçik bildirib.

Qeyd edək ki, Ukrayna millisi AVRO-2024-ün pley-off mərhələsinə yüksələ bilməyib. Qrup mərhələsinin son turunda "göy-sarılar" Belçika ilə heç-heçə edib - 0:0.
E qrupunda hər dörd komanda 4 xal toplayıb. Ukrayna top fərqinə görə sonuncu yerdə qərarlaşıb, Rumıniya, Belçika və Slovakiya isə pley-off mərhələsinə yüksəliblər.

Ukrayna millisi 2016-cı ildə turnirin genişləndirilməsindən sonra tarixdə 4 xalla Avro-nun pley-off mərhələsinə vəsiqə qazanmayan ilk komanda olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->