Xəbər lenti

Ukraynanın üzvlüyü ilə bağlı danışıqlar Aİ üçün də faydalıdır - Ekspert
Dünya 19:22 27.06.2024

Ukraynanın üzvlüyü ilə bağlı danışıqlar Aİ üçün də faydalıdır - Ekspert

ANTS Milli Maraqların Müdafiəsi Şəbəkəsinin idarə heyətinin rəhbəri Anna Qopko "Radio NV”yə müsahibəsində izah edib ki, Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanması təkcə Ukrayna üçün deyil, həm də Aİ üçün faydalıdır, çünki bu, Avropaya geosiyasi oyunçu olmaq imkanı verir.

Qaynarinfo bu barədə NV-yə istinadla xəbər verir.

"Bu, təkcə Ukrayna üçün deyil, həm də Avropa İttifaqı üçün tarixi gündür. Qlobal tendensiyalara nəzər salsanız, şər oxunun indi nə qədər fəal olduğunu və Aİ-nin geosiyasi oyunçuya çevrilməsinin nə qədər vacib olduğunu görərsiniz... Çünki nə Rusiya Federasiyası, nə də Çin, hətta onların sözdə sülh planına baxsaq, AB-ni heç nəzərə almırlar. Yəni Çin də, Rusiya Federasiyası da birbaşa oturub ABŞ-la danışıqlar aparmaq və dünyanı yenidən bölüşdürmək istəyir. Ona görə də Aİ Ukraynanın üzvlüyü ilə bağlı danışıqların başlaması ilə buna geosiyasi oyunçu olmaq üçün fürsət kimi baxmalıdır. Bu, hər iki tərəf üçün faydalıdır", - Qopko Radio NV-də deyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->