Maqazin 10:59 27.05.2020

Damla karantinə alındı

Azərbaycanda mart ayından etibarən xüsusi karantin rejimi tətbiq olunduğu üçün Rusiyada qalan müğənni Damla Bakıya qayıdıb.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi ötən gün xüsusi ayrılan avtobus vasitəsilə sərhədi keçib. O, hazırda paytaxtdakı otellərin birində karantinə alınıb.

Məlumatı Damlanın meneceri təsdiqləyib.

Qeyd edək ki, ifaçı Novruz bayramı ilə bağlı Moskvada təşkil olunan konsertdə iştirak etmiş, lakin Rusiya sərhədləri bağladığı üçün Bakıya qayıda bilməmişdi.