Xəbər lenti

İdman 10:47 10.03.2024

Dani Alveş özünə qəsd edib? - Rəsmi açıqlama

Dünən gecə braziliyalı futbolçu Dani Alveşin intihar etdiyi barədə məlumat yayılıb.

Offsideplus.az xəbər verir ki, bu xəbər futbolçunun yaxınları tərəfindən təkzib edilib. 

Alveşin mətbuat xidməti onun vəkili ilə əlaqə saxladıqdan sonra açıqlama verərək bu şayiələrin doğru olmadığını bildirib. Vəkil xəbəri sosial şəbəkədə yayıb bütün dünyaya səhv informasiya ötürən braziliyalı jurnalist Paulo Albuquerqueni məhkəməyə verəcəklərini söyləyib.

Xatırladaq ki, Alveş cinsi təcavüzdə təqsirli bilinərək 4 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->