XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dönərxanada partlayış oldu, 2 nəfər yaralandı
Ölkə07:53 07.12.2023

Dönərxanada partlayış oldu, 2 nəfər yaralandı

Ağcabədi şəhərində ümumi sahəsi 24 m² olan dönərxanada yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Yanğın nəticəsində dönərxananın dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.