Xəbər lenti

Siyasət 13:19 09.11.2023

ECO-nun növbəti sammiti Azərbaycanda keçiriləcək

13:19

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında növbəti sammitin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Bu barədə Qaynarinfo "Report"a istinadla xəbər verir.

Azərbaycanın Vətən müharibəsindəki qələbəsi ilə bağlı Türkiyə, Özbəkistan, Pakistan, Tacikistan və digər üzv ölkələr təbriklərini çatdırıblar.
 
 

12:25

İlham Əliyev: ECO-nun növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırıq


"Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır".

Valyuta.Az Azərtac-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında çıxışında deyib.

"Mən bu tarixi qələbə münasibətilə Azərbaycanı təbrik edən ECO-nun üzv dövlətlərinə təşəkkürümü bildirirəm", - dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir. Ötən ay ECO Nazirlər Şurasının iclası Şuşada keçirilib. Dünən Azərbaycan xalqı Şuşanın Ermənistanın təxminən 30 illik işğalından azad olunmasının üçüncü ildönümünü qeyd etdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->