Xəbər lenti

Əfqanıstanda polis şöbəsinə hücum: 9 ölü, 8 yaralı
Dünya 11:51 30.05.2018

Əfqanıstanda polis şöbəsinə hücum: 9 ölü, 8 yaralı

Əfqanıstanda Loqar vilayətində yerləşən polis mərkəzinə silahlı hücum təşkil edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 3 terrorçu polis şöbəsinə girərək atəş açıb. Nəticədə terrorçular zərərsizləşdirilib, 6-sı polis olmaqla 9 nəfər dünyasını dəyişib, 8 nəfər isə yaralanıb. 

Hücumu Taliban terror təşkilatı öz üzərinə götürüb. 

Qeyd edək ki, ABŞ ötən həftə Əfqanıstanın cənubunda təşkil edilən əməliyyatda 50 Taliban terrorçusunun öldürüldüyünü açıqlayıb.

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->