Xəbər lenti

Əfsanəvi pilotun nəfəsini Rusiyada 7 il həbs cəzası gözləyir
Dünya 18:56 12.04.2024

Əfsanəvi pilotun nəfəsini Rusiyada 7 il həbs cəzası gözləyir

Əfsanəvi sovet pilotu Valeri Çkalovun nəvəsi Daria Boqdanovanı Ukraynada keçirilən "xüsusi hərbi əməliyyatla" bağlı sərt açıqlamalarına görə Rusiyada 7 il həbs cəzası gözləyir. 

Qaynarinfo xəbər verir ki, "Shot" "Telegram" kanalı məlumat yayıb.

"Shot"un məlumatına görə, cinayət təqibinə səbəb Boqdanovanın sosial şəbəkələrdəki paylaşımları, həmçinin yanvarın sonunda internetdə çıxan Ukrayna kanalına müsahibəsi olub. Qadın həmçinin münaqişəyə son qoymaq üçün Moskvaya nüvə silahı ilə zərbə vurmağın vacibliyini bildirib. O, eyni zamanda Ukrayna Silahlı Qüvvələri üçün pul toplayıb.

Daria Boqdanova Sovet sınaq pilotu və SSRİ Qəhrəmanı Valeri Çkalovun nəvəsidir. O, İsrail vətəndaşlığına malikdir və müharibə başlayandan sonra Rusiyanı tərk edib, hazırda Belçikadadır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->