XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

“Şəhid bacısı” adı ilə pul toplayan şəxs tutuldu (VİDEO)
Ölkə12:24 21.09.2022

“Şəhid bacısı” adı ilə pul toplayan şəxs tutuldu (VİDEO)

Sosial şəbəkə seqmentlərində "şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib.
O törətdiyi əməli etiraf edib.
Araşdırmalar davam etdirilir.