"Böyük ehtimalla
son dövrlərdə ən çox istifadə olunan "Qarabağ Azərbaycandır" ifadəsi
bu nominallarda əks etdirməklə əslində Azərbaycan hansısa formada uzunmüddətli
dövrdə bu ifadənin tarixləşməsi və əbədiləşməsinə cəhd göstərir".
Bunu Qaynarinfo-ya
açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov 20 manatın üzərində "Qarabağ
Azərbaycandır" ifadəsinin yazılmasından danışarkən deyib. Ekspert bildirib
ki, nominalların üzərindəki eskizlərin dəyişdirilməsinin heç bir iqtisadi
effekti olmur:
"Eskizlərin pulun
özünün dəyərinin artmasında, yaxud da aşağı düşməsində hər hansı bir təsiri
olmur. Amma bu dəfə qəbul edilən qərar son bir ayda ölkədə başlamış bu prosesin
əhval-ruhiyyəsindən, baş verənlərdən ruhlanaraq qəbul edilib. Ona görə də onun
pulun dəyərsizləşməsi, yaxud da dəyərinin artması ilə bağlı cəmiyyətdə hər
hansı bir narahatçılığın yaranmasına əsas yoxdur. Dünya təcrübəsində də adətən
dəyər verdikləri şəxslərin, elemenetlərin, abidələrin pul əskinaslarının üzərinə təbliğat vasitəsi kimi
istifadə olunaraq nəsillərə ötürülməsi təcrübəsindən istidafə olunur".
Qeyd edək ki, Mərkəzi
Bankın rəhbəri Elman Rüstəmov müsahibəsində 20 manatlıq banknotun tam şəkildə
Qarabağ mövzusuna həsr olunacağını deyib: "20 manatlıq əsginasın üzərindəki
"Qarabağ” sözü isə cənab Prezidentin dilindən düşməyən "Qarabağ Azərbaycandır”
ifadəsi ilə iri şriftlərlə əvəz edəcəyik”.
Bahar Rüstəmli
Şərhlər