Türkiyə
Prezidenti Tayyib Ərdoğan ölkədəki terror təşkilatlarının Türkiyə sərhədlərindən
uzaqlaşmaması halında ölkəsinin Suriyada yeni bir əməliyyat keçirilməsinin
mümkünlüyünü nəzərdən keçirdiyini deyib.
Ərdoğan
həmçinin ABŞ-ın Suriya-İraq sərhədi boyunca yeni bir müharibə bölgəsi yaratmağa
çalışdığını da söyləyib.
Qaynarinfoxəbər verir ki, Hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının
toplantısında danışan Ərdoğan Türk hərbi qüvvələrinin "Suriyanı bütün
terror təşkilatlarından təmizləməyə" qadir olduqlarını dilə gətirib.
Qeyd
edək ki, 2016-cı ildən 2019-cu ilə qədər Türkiyə Suriyada üç hərbi əməliyyat
keçirib. Bunlardan birincisi "Fərat qalxanı", ikincisi "Zeytun dalı",
üçüncüsü isə "Barış pınarı" adlandırılıb.
Alpər
Şərhlər