Xəbər lenti

Ərdoğanla Blinkenin müzakirə etdiyi mövzular açıqlandı
Dünya 22:25 06.01.2024

Ərdoğanla Blinkenin müzakirə etdiyi mövzular açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v. ABŞ dövlət katibi Antoni Blinkenin görüşü zamanı müzakirə olunan məsələlər açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.

Təxminən 1,5 saat davam edən görüş zamanıı Qəzzadakı vəziyyət, İsveçin NATO-ya üzvlük prosesi və F-16-ların satışı müzakirə edilib.

"Dövlət katibi münaqişənin genişlənməsinin qarşısının alınmasının, girovların azad olunmasının, humanitar yardımın genişləndirilməsinin və mülki əhali arasında itkilərin azaldılmasının, eləcə də regionda möhkəm və davamlı sülhün əldə edilməsi istiqamətində işlərin görülməsinin vacibliyini vurğulayıb. Buraya İsrailin təhlükəsizliyi və Fələstin dövlətinin yaradılması daxildir”, - Miller bəyanatda qeyd edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->