Ermənistan Silahlı Qüvvələrinin Xankəndi şəhərindəki elektron döyüş alayı məhv edilib.
Qaynarinfo xəbər verir ki, görüntüləri Caliber.Az yayıb.
Həmçinin Ermənistan Silahlı Qüvvələrinin Aşağı Otaraq kəndində (Ağdərə istiqaməti) "Mortira” elektron döyüş məntəqəsinin məhv edilməsini əks etdirən videogörüntülər yayılıb.
Azərbaycan dəqiq zərbələrlə düşmənin Qarabağdakı hərbi infrastrukturunu məhv etməkdə davam edir.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində lokal antiterror tədbirlərinə başlandığını elan etmişdi.
Şərhlər