Xəbər lenti

Siyasət 16:55 12.02.2024

Ermənilərin verdiyi mina xəritələri - Bu məlumatlar niyə dəqiq deyil? (ŞƏRH)

"Ermənilər mina xəritələrini heç vaxt düzgün verməyəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistanın işğaldan azad edilmiş ərazilərdəki mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim etməsi ilə bağlı deyilən fikirləri şərh edərkən bildirib.

Politoloq vurğulayıb ki, belə bir məlumat yayılsa da, ANAMA mütəxəssisləri dəqiqləşdirmə aparıb və kordinatların bu dəfə də səhv olduğu məlum olub:

"İrəvan qəsdən bu formulyarları verməklə dünyaya guya özlərinin insansevər olduqlarını göstərir. Amma görünən odur ki, verdikləri bütün mina xəritələrində qəsdən kordinatlar dəyişdirilib. Onlar bu yolla da Azərbaycana ziyan vurmağa çalışırlar. Ona görə də verdikləri formulyarlar heç nəyə yaramır. Bunun da heç 25 faizi də düz deyil. Mina xəritələrini qəsdən dəyişdirib, Azərbaycana tamam yararsız olanları verirlər". 
 


Cümşüd Nuriyevin sözlərinə görə, ermənilərin Azərbaycana, türk dünyasına olan nifrəti sönən deyil:

"Erməni sülhsevərliyi yoxdur. Harada türk var, erməninin ona qarşı nifrəti də var. Onlar həmişə bizləri qucaqlayıb, kürəyimizə bıçaq sancıblar. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Onlara inanmaq sadəlövhlük olar. Bu tip mina xəritələri vermək adı ilə ölkəmizə qarşı müxtəlif oyunlar qururlar. Ona görə ehtiyatlı olmalı və heç zaman ermənilərə inanmamalıyıq".

ANAMA-dan verilən məlumata görə, Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib. Qeyd edilib ki, təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir. Normativ texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur. Lakin, əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib. Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib. 

Qeyd edək ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25% təşkil edib. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->