Ermənistan Cəbəllütariqə məğlub olduqdan sonra kütləvi dava düşdü (VİDEO)
UEFA Millətlər Liqası çərçivəsində baş tutan Ermənistan-Cəbəllütariq matçından sonra İrəvan stadionunda kütləvi dava olub.
Qaynarinfo xəbər verir ki, dava müxtəlif fan-qrupların üzvləri arasında qeydə alınıb. Davaya səbəb Ermənistan azarkeşlərindən birinin oyundan sonra Cəbəllütariq yığmasını təbrik etməsi olub.
Qeyd edək ki, Ermənistan 0:1 hesabı ilə məğlub olub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər