Siyasət 12:25 02.10.2020

Ermənistandan Azərbaycana atəşkəs təklifi

Ermənistan Xarici İşlər Nazirliyi atəşkəs rejiminin bərpası üçün danışıqlar aparmağa hazırdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

"Ermənistan atəşkəs rejiminin bərpası üçün ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə 1994-1995-ci illərdə əldə olunmuş atəşkəs sazişləri əsasında danışıqlara hazırdır. Ermənistan hələ də sülh danışıqlarına sadiqdir”, - deyə açıqlamada bildirilir.