Xəbər lenti

Çempionlar Liqası: "Sabah" səfərdə minimal hesabla uduzdu (YENİLƏNİB)
İdman00:51 20.08.2026

Çempionlar Liqası: "Sabah" səfərdə minimal hesabla uduzdu (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan təmsilçisi İsrailin "Hapoel" (Beer-Şeva, İsrail) komandası ilə üz-üzə gəlib.

Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 2:1.

6-cı dəqiqədə "Sabah"ın heyətində Velko Simiç hesabı açıb. İsrail klubunda 43-cü dəqiqədə Ceyvon İst, 79-cu dəqiqədə İqor Zlatanoviç fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Çempionlar Liqası

Pley-off

İlk oyun

18 avqust

Hapoel (Beer-Şeva, İsrail) - Sabah (Azərbaycan) 2:1

Qollar: Yavon İst, 43. İqor Zlatinoviç, 79 - Velko Simiç, 6.

Hapoel: 1. Ofir Markiano, 2. Guy Mizrahi, 4. Migel Vitor (k), 12. İtal Rotman, 5. Pedro Amado, 28. Niv Yehonşa, 25. Lukas Ventura, 7. Eliel Perets, 20. Yavon İst, 66. İqor Zlatinoviç, 9. Zahi Əhməd.

Ehtiyat oyunçular: 34 Marko Volf (q), 3. Matan Baltaxa, 8. Kamode Kanaan, 11. Amir Kaim Qanah, 13. Ofir Davidzada, 14. Yonas Malede, 18. Roy Levi, 19. Amit Ohana, 23. İtay Hazut, 27. Yohan Stoyanov, 44. Cəbrayıl Diop, 45. Məhəmməd Əbu Rumi.

Baş məşqçi: Ran Kozux.

Sabah: 92. Stas Pokatilov (k), 5. Rəhman Daşdəmirov, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 80 Akim Zedadka, 13. İvan Lepiniça, 7. Umarali Raxmonaliyev, 21. Velko Simiç, 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 34. Ksander Severina.

Ehtiyat oyunçular: 1. Amin Ramazanov (q), 94. Rəvan Mirzəmmədov (q), 4. Aden Makarti, 6. Abdulah Xaybulayev, 8. Kristian Nvaçukvu, 11. Kahim Parris, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 23. Yunes Laşab, 33. Erivaldo Almeyda, 88. Rodriqo Fernandeş, 99. Orfe Mbina.

Baş məşqçi: Valdas Dambrauskas.

Hakimlər: Davide Massa, Filippo Meli, Alessio Berti, Matteo Marcenaro (İtaliya).

VAR: Marko Di Bello (İtaliya).

AVAR: Valerio Marini (İtaliya).

Buxarest. "Culeşti" stadionu.