Xəbər lenti

Azərbaycan bu ölkələrə yardım edir - XİN
Siyasət19:02 19.08.2026

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 19 avqust – Beynəlxalq Humanitar Yardım Günü ilə bağlı X hesabında paylaşımında bildirilib.

"Azərbaycan beynəlxalq həmrəylik və humanizm prinsiplərini rəhbər tutaraq ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməyə, çətinliklərin aradan qaldırılmasına töhfə verməyə davam edir", - deyə paylaşımda qeyd olunub.