Xəbər lenti

Ölkə 11:43 21.11.2023

Evliliyə məcbur edilən şəxs məhkəməyə müraciət edə bilər? (AÇIQLAMA)

"Avtobusda qadının yerinə pul verdiyi üçün zorla evləndirilən kişi məhkəməyə müraciət edə bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov Bakı-Göyçay avtobusunda qadının yerinə pul verən kişinin məcburən evləndirilməsindən danışarkən deyib. 

Vəkil qeyd edib ki, heç kəsi məcbur evləndirmək olmaz:
 


"İndiki dövrdə qadınları evlənməyə kimsə məcbur edə bilməz. Bu nə dinimizdə var, nə də qanunlarımızda. Özü də onun yerinə gediş haqqı ödəndiyinə görə. Düşünürəm ki, bu məlumat düz deyil və qurama işə bənzəyir”.

Vəkil kəbinin rəsmi nikah olmadığını vurğulayıb: "Kişi şikayət etsin".

Qeyd edək ki, Bakı-Göyçay avtobusunda qadının yerinə pul verən kişi daha sonra onunla evlənməyə məcbur edilib. Qadının atası və qardaşı avtobusun qarşısını kəsərək onları avtobusdan düşürüb və  məscidə kəbin kəsdirməyə aparıb. Comərd adlı kişi avtobusda yerinə pul verdiyi qadınla evlənməyə məcbur edilib. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?