Xəbər lenti

Dünya 17:41 06.02.2024

"Fələstin dövləti yaranmayacaq, HƏMAS da ləğv edilməyəcək..." - Ekspert

"Daxili ziddiyyətlər səbəbindən yaxın dövrlərdə Fələstin dövlətinin yaranması inandırıcı deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İsraillə HƏMAS arasında növbəti atəşkəsin perspektivi və ondan sonrakı dövrdə gözlənilə biləcək addımları şərh edərkən deyib.

Ekspert bildirib ki, İsrail son müharibədə struktur, koordinasiya, siyasi həmrəylik problemləri yaşadı:

"Baxmayaraq ki, Qərbin maliyyə, siyasi və diplomatik dəstəyini aldı, HƏMAS-ı nəinki məğlub edə bildi, əksinə böhran yaşadı. Buna səbəb Fələstində həddən artıq mülki itkilərin, xüsusi ilə uşaq ölümlərinin olması idi. HƏMAS isə assimetrik müharibə metodları ilə faktiki olaraq nizami ordunu çətin vəziyyətə saldı. Xüsusilə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bir sıra Qərb əleydarı olan liderlər tərəfindən siyasi dəstək aldı. Ancaq hər iki tərəf də hərbi dincəlməyə ehtiyac hiss edir".

Həmsöhbətimiz HƏMAS-ın ləğvini mümkün hesab etmir:

"HƏMAS ləģv edilməyəcək. Çünki Türkiyə, İran, Qətər, eyni zamanda Suriya bunda maraqlı deyil. Fələstin dövlətinin yaranması yaxın zamanda inandırıcı görünmür. Çünki bu, Fələstin daxilində HƏMAS ilə Fəth ziddiyyətinə bağlıdır. Atəşkəsin müddətində isə ancaq İsrail və Fələstin razılığı kifayət deyildir. Bunda ABŞ, Türkiyə, İran, Suriya, Qətər, digər ərəb dövlətləri və Hizbullah kulis arxası razılığa gəlməlidirlər”. 

Qeyd edək ki, son zamanlar İsraillə HƏMAS arasında atəşkəs məsələsi yenidən aktuallaşıb. ABŞ başda  olmaqla Qərb, Türkiyə, Qətər və bir sıra digər dövlətlərin bu istiqamətdə səyləri artıb. Hətta  atəşkəsin 2 aylıq ola biləcəyi barədə fikirlər də  səslənir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->