XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

FİFA-nın vitse-prezidenti həcc ziyarətinə görə futboldan getdi
İdman14:34 23.11.2020

FİFA-nın vitse-prezidenti həcc ziyarətinə görə futboldan getdi

Afrika Futbol Konfederasiyasının prezidenti (CAF) və FİFA-nın vitse-prezidenti olan Ahmad Ahmad futbol sahəsindən 5 illik müddətə uzaqlaşdırılıb.
Qaynarinfo xəbər verir ki, vəzifəsindən sui-istifadə etdiyinə və büdcədən vəsait mənimsədiyinə görə cəzalandırılıb. 
Onun Məkkəyə həcc ziyarətinə sponsorluq etməsi, eləcə də idman geyimlərinin istehsalıyla məşğul olan "Tactical Steel" şirkəti ilə qeyri-qanuni əməkdaşlığı əsas səbəblər kimi göstərilib. Xarici və daxili futbol fəaliyyətinə qadağa qoyulan 60 yaşlı Ahmad 200 min İsveçrə frankı cərimə də ödəməlidir.