İdman 12:41 21.05.2022

Fransa millisinin sabiq futbolçusu azarkeşi təpiklə yerə sərdi (VİDEO)

Fransa millisinin sabiq futbolçusu Patrik Vyeranın azarkeşə qarşı hərəkəti gündəm olub.
 
Qaynarinfo xəbər verir ki, onun rəhbərlik etiyi "Kristal Palas" İngiltərə Premyer Liqasında qalmaq üçün qarşılaşdığı "Everton"a uduzub. Vyeranın komandası əvvəlcə hesabda 2:0 önə çıxsa da sonradan 3 qol buraxaraq məğlub olub.
 
Oyundan sonra meydana axışan komandanın azarkeşlərindən biri Vyeraya yaxınlaşaraq ona qarşı qıcıqlandırıcı hərəkətlər etməyə başlayıb. Bundan əsəbiləşən veteran futbolçu həmin azarkeşi təpiklə vuraraq yerə sərib. Davanın böyüməsinə isə ətrafdakılar mane olub. 
 
Hadisə ilə bağlı Vyera açıqlamasında bunları deyib: "Bu mövzuda danışa biləcəyim heç nə yoxdur".
 

 

 
 
Səbuhi Həsənov