Xəbər lenti

Dünya 22:55 10.04.2024

Fransa Olimpiada ərəfəsində həbsxanaların çox olmasından narahatdır

Fransa hüquq müdafiəçiləri 2024-cü il Yay Olimpiya Oyunları ərəfəsində Parisdəki həbsxanaların həddən artıq çox olmasından narahat olduqlarını bildiriblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Nanter departamentinin Vəkillər Kollegiyası (Parisin ən böyük şəhərətrafı ərazilərindən biri) ölkənin ədliyyə naziri Erik Düpon-Morettiyə 600 nəfərlik həbsxanada minlərlə məhbusun saxlanmasını pisləyən məktub göndərib. Ümumilikdə, vəkillərin fikrincə, Fransa həbsxanalarında 76 mindən çox məhbus var, ümumi həbsxana tutumu 60 mindir.

Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?